AICT2016 | Press Release

PRESS RELEASE

10-cu IEEE Beynəlxalq Konfrans
İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi

AICT2016

Azərbaycan, Bakı, 12-14 oktyabr 2016
www.aict.info/2016

[ AICT2016 Beynəlxalq Konfrans ilə 10 illik Yubiley qeyd olunur ]

AICT2016 | 10th IEEE International Conference on Application of Information and Communication Technologies (AICT2016)

10-cu IEEE İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi (AICT2016) adlı Beynəlxalq Konfrans İnformasiya-Kommunikasiya Texnologiyalarının (İKT) təhsil və tədqiqatlarda, biznes və idarəetmədə, səhiyyədə, ictimai və humanitar elmlərdə və s. sahələrdə yeni nəaliyyətlərin mübadiləsi, nümayişi və tətbiqi üçün tədqiqatçıları, elm adamlarını və təcrübəçiləri bir yerə toplamaq məqsədilə informasiya texnologiyaları sənayesinə həsr edilən ən məşhur akademik konfranslardan biri olacaq.

AICT2016 konfransı Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialı, Azərbaycan Texniki Universiteti, Bakı Ali Neft Məktəbi, Malaysia Sabah Universiteti, AMEA İnformasiya Texnologiyaları İnstitutu, AMEA İdarəetmə Sistemləri İnstitutu, UNESCO-nun Təhsildə İnformasiya Texnologiyaları İnstitutu, İktisadi Əməkdaşlıq Elm Fondu (ECOSF), Nar Mobile və DELL EMC şirkətləri sponsorluğu, IEEE Azərbaycan şöbəsi və Elektrotexnika və Elektronika Mühəndislər İnstitutunun (ABŞ) dəstəyi ilə keçirilir.

2003-cu ildən Azərbaycan, Rusya, Qazaxıstan, Gürcüstan və Özbəkistanda keçirilmiş konfransların uğurlarına əsaslanaraq, AICT20136 Azərbaycanda İKT konfrans tarixində təşkilat səviyyəsinə və iştirakçı sayına görə əvəzsiz və maraqlı olacaqdır.

AICT2016 Beynəlxalq Konfransının əsas mövzuları aşağıdakılardır:

  • Böyük verilərin idarə edilməsi və tətbiqi
  • Verilənlərin Emalı və Verilənlər Mühəndisliyi
  • Kiber təhlükəsizlik problemləri
  • İKT tətbiqində müasir nailiyyətlər
  • Kommunikasiya, şəbəkə və avadanlıq
  • Biznes, idarəetmə və iqtisadiyyatda İKT
  • Dövlət xidmətlərində İKT
  • Elm, təhsil, sosial və humanitar tədqiqatlarda İKT
  • Tibb və səhiyyədə İKT

Konfransın açılış mərasimi 12 oktyabr 2016-cı il tarixində saat 10:00-da Qafqaz Universitetində olacaqdır. Konfransin 2-ci günü (13 oktyabr) Bakı Dövlət və Azərbaycan Texniki Universitetləri, 3-cü günü və bağlanış merasimi isə (14 oktyabr) AMEA İnformasiya Texnologiyaları İnstitutunda təşkil olunacagdır.

AICT2016 Beynəlxalq Konfransı haqqında daha ətraflı məlumat və programı görmək üçün almaq üçün: http://www.aict.info

AICT2016 Konfransının Təşkilat Komitəsi,
Tel: +99412 4482862, +99412 4482863,
Fax: +99412 4482861,
E-mail: aict@qu.edu.az,
Veb-sayt: www.aict.info/2016,
Qafqaz Universiteti,
Həsən Əliyev küç. 120, Xırdalan, AZ0101 AZƏRBAYCAN

AICT2016 STARTING IN
Days
Hours
Min
Sec
10th ANNIVERSARY
The 10th Anniversary | IEEE International Conference on Application of Information and Communication Technologies
TWITTER
FACEBOOK

The 10th IEEE International Conference on Application of Information and Communication Technologies AICT2016
Открытый каталог научных конференций