Bu məktubu oxuya bilmirsiniz? Browser de açın.

10-cu Beynəlxalq Konfrans
İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi

AICT2016

Azərbaycan, Bakı, 12-14 oktyabr 2016
www.aict.info

AICT2016 tərəfindən nəşri təsdiqlənən işlər Mühəndis İndeksi (Engineering Index - EI), EI Compendex və IEEE Explore TM ehtiva edir. IEEE Kataloq Nömrəsi CFP1356H-ART, ISBN 978-1-4673-6420-1
10-cu YUBILEY:
10-cu Beynəlxalq Konfrans | İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqinə dair IEEE Beynəlxalq Konfransı
 
BİZƏ QOŞULUN:
   
 
AICT2013 ARXİVİ:
AICT2009 [ Şəkillər ] [ Xplore ]
AICT2010 [ Şəkillər ] [ Xplore ]
AICT2011 [ Şəkillər ] [ Xplore ]
AICT2012 [ Şəkillər ] [ Xplore ]
AICT2013 [ Şəkillər ] [ Xplore ]
AICT2014 [ Şəkillər ] [ Xplore ]
AICT2015 [ Şəkillər ] [ Xplore ]
AICT2016 [ Şəkillər ] [ Xplore ]
 
TƏSDİQLƏNMİŞDİR:
 
TƏŞKİLATÇILAR:

AICT2016 | 10th IEEE International Conference on Application of Information and Communication Technologies (AICT2016)

[ AICT2016 Beynəlxalq Konfrans ilə 10 illik Yubiley qeyd olunur ]

HÖRMƏTLİ HƏMKARLAR!

Sizi, 12-14 oktyabr 2016-cı il tarixlərində Bakı şəhərində keçiriləcək 10-cu Beynəlxalq AICT2016 İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi Konfransında salamlayırıq. İnanırıq ki, AICT2016 Beynəlxalq Konfransı, əvvəlki illərdə Rostov-on-Don, Astana, Bakı, Daşkənd və Tbilisi kimi şəhərlərdə keçirilmiş konfransların uğurlu davamı və ən maraqlısı olacaqdır.

AICT2016 konfransı, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, Moskva Dövlət Universiteti Bakı filialı, Azərbaycan Texniki Universiteti, İktisadi Əməkdaşlıq Elm Fondu (ECOSF), Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun və İdarəetmə Sistemləri İnstitutu birgə təşkilatçılığı ilə, IEEE Azərbaycan şöbəsinin dəstəyi ilə və Elektrik və Elektronika Mühəndislər İnstitutunun (ABŞ) texniki sponsorluğu ilə keçirilir. AICT2016 konfransı iştirakçılara nitqlər, açılış sözləri, konsultasiyalar və professional görüşlər imkanı verir. Göndərilən məqalələrin cari texnologiyaları, nəzəri anlayışları, standartları, nəticələrin icralarını, davam edən araşdırma layihələrini və eləcə də İKT sahəsinə tətbiqi məsələlərini əhatə etməsi gözlənilir. Bundan əvvəlki AICT konfransına ABŞ, Almaniya, Avstriya, Azərbaycan, Birləşmiş Krallıq, Çin, Hindistan, Finlandiya, Filippin, Gürcüstan, Özbəkistan, İran, İtaliya, İspaniya, İsveç, Qazaxıstan, Koreya, Latviya, Malayziya, Pakistan, Portuqaliya, Ruminiya, Rusiya, Slovakiya, Tailand, Türkiyə, Ukrayna, Yaponiya və s. müxtəlif ölkələrdən yüzlərlə iştirakçı qatılmışdı.

KONFRANSIN MƏQSƏDİ:

AICT2016 IEEE Beynəlxalq Konfransı biznes adamlarını, tədqiqatçıları, alimləri, proqram arxitektorlarını və digər bu sahənin peşəkarlarını bir yerə gətirməklə informasiya texnologiyaları və servislərinin gələcəyi barəsində yenilikçi fikirləri və çoxşaxəli mövzuları müzakirə etməkləri üçün mühit yaradır. Konfransdan faydalanaraq tədqiqatçılar və elm xadimləri yeni biznes modelləri və strukturları, yeni texnologiyalar və həllər, bu sahənin problemləri və çətinlikləri mövzularında fikir mübadiləsinə daxil olurlar. Biznes və texniki məsələlər, texnologiyalar, İKT əsaslı servislər və digər bu kimi mövzulara toxunulmuş elmi çıxışlara təkliflər vermək üçün və eləcə də öz məqalələrini təqdim etməkləri üçün tədqiqatçılar, elm xadimləri və görkəmli natiqlər dəvət edilmişdi. Bütün məqalələr/təkliflər konfransın təşkilat komitəsinin ekspert üzvləri tərəfindən nəzərdən keçirilir.

VACİB TARİXLƏR:

Konfrans tarixləri: 12-14 oktyabr 2016
İşlərin təqdiminin son vaxtı: 31 may 2016
Qəbul olunma haqqında məlumatlandırma: 20 iyun 2016
Son variantın təqdim edilməsinin vaxtı: 20 iyul 2016

MÖVZULAR və BÖLMƏLƏR:

AICT2016 Beynəlxalq Konfransının mövzuları (lakin qeyd olunan sahələrlə məhdudlaşmır, ətraflı məlumat üçün http://aict.info/2016/?page=4880):

  • Böyuk verilərin idarəsi və tətbiqi
  • Verilənlər Tədqiqi və Verilənlər Mühəndisliyi
  • Kiber təhlükəsizlik problemləri
  • İKT tətbiqində müasir nəaliyyətlər
  • Kommunikasiya, şəbəkə və avadanlıq
  • Biznes, idarəetmə və iqtisadiyyatda İKT
  • Dövlət xidmətlərində İKT
  • Elm, təhsil, sosial və humanitar tədqiqatlarda İKT
  • Tibb və səhiyyədə İKT

KONFRANSIN KEÇİRİLƏCƏYİ YER:

Açılış mərasimi, açılış nitqi, konsultasiya sessiyaları, texniki sessiyalar və bağlanış mərasimi 12, 13 və 14 oktyabr 2016-ci il tarixlərində Qafqaz universitetində keçiriləcəkdir. Bəzi peyk tədbirlərin müxtəlif məkanlarda keçiriləcəyi nəzərdə tutulur. Ətraflı məlumat üçün: http://aict.info/2016/?page=venue.htm

ƏTRAFLI MƏLUMAT:

AICT2016 Beynəlxalq Konfransı haqqında daha ətraflı məlumat almaq üçün: http://www.aict.info

MƏQALƏLƏR ÜÇÜN və PRESS-RELİZ:

ƏLAQƏ:

AICT2016 Konfransının Təşkilat Komitəsi
Tel: +994(12) 4482862
Fax: +994(12) 4482861
E-mail: aict@qu.edu.az,
Veb-sayt: www.aict.info/2016,
Ünvan: Qafqaz Universiteti,
Həsən Əliyev küç. 120, Xırdalan, AZ0101 AZƏRBAYCAN

Sizi AICT2016 konfransımızda görməkdən məmnun olardıq.
Hörmətlə,

Assoc.Prof. Abzetdin Adamov
AICT2016 Konfransın Təşkilat Komitəsinin Sədri

http://ce.qu.edu.az/~aadamov

Qeyd: Əgər bu mesajın birdən artıq nüsxəsini qəbul etmisinizsə, üzr istəyirik. Bu post spam deyil!!! Sizin əlaqə məlumatlarınız açıq mənbələrdən götürülmüşdü. Hər hansı sualınız və ya şərhiniz olarsa, bizə bildirin və zəhmət deyilsə, bu maili konfransa maraqlı ola biləcək həmkarlarınız ilə paylaşın.

AICT2016 | The 10th IEEE International Conference on Application of Information and Communication Technologies