MÜƏLLİFLƏR ÜÇÜN İNFORMASİYA:

AICT2009 konfransının bəyəndiyi bütün işlər ISBN verilməklə konfransın materiallarında çap olunacaq və elektron diskdə (CD-ROM) yerləşdiriləcək. Ən yaxşı seçilmiş işlər redaktə olunaraq Springer nəşriyyat evi tərəfindən nəşr olunacaq.

Elektron formada göndərilən işlər baxılmaq üçün qəbul ediləcək. Qəbul edilmiş işin çap olunması üçün ən az bir müəllif konfransın iştirakçısı kimi qeydiyyatdan keçməlidir.

İş tamamilə standarta uyğun hazırlanmalıdır. Təşkilat komitəsi konfransın saytında işin elektron təqdimi bölməsində göstərilmiş qaydalara uyğun gəlməyən qəbul edilmiş işi müəllifə qaytarma hüququnu özündə saxlayır. İşin elektron qəbulu haqqında ətraflı məlumatı burada əldə edə bilərsiniz. AICT2009-yə təqdim olunmuş işlər əvvəllər jurnallarda və ya başqa konfranslarda çap olunmamış və ya baxılmaq üçün təqdim olunmamış olmalıdır. Təqdim olunan işlərin seçilməsi zamanı təşkilat komitəsi növbəti kriteriyalara diqqət edir: orijinallıq, qiymətlilik, dəqiqlik, təqdim edilə bilən və aktual. Biz orijinal və qeyri-standart ideyaları, kritizm, praktik tədqiqat və eksperimentləri yüksək qiymətləndiririk.

 

The 3rd IEEE International Conference on Application of Information and Communication Technologies AICT2009
Открытый каталог научных конференций